60-dan çox kəşfiyyatçı xidmətini dayandırdı

60-dan çox kəşfiyyatçı xidmətini dayandırdı Dünya
İsraildə baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökuməti tərəfindən planlaşdırılan və məhkəmə hakimiyyətinin icra hakimiyyəti üzərində nəzarətini məhdudlaşdırmaq məqsədi daşıyan məhkəmə tənzimləməsinə reaksiyalar səngimək bilmir.

News24.az
xəbər verir ki, İsraildə ehtiyatda olan daha 60-dan çox kəşfiyyatçı hökumətin mübahisəli məhkəmə tənzimləmələrinə cavab olaraq könüllü xidmətlərini dayandırdıqlarını açıqlayıblar.

Bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.