7 işçi qazdan zəhərlənərək öldü

7 işçi qazdan zəhərlənərək öldü Dünya
Tacikistanda “Obu Korez” (“Vodokanal”) şirkətinin işçiləri qazdan zəhərlənərək ölüb.

News24.az
xəbər verir ki, hadisə Pəncikənd şəhərində təmir işləri zamanı baş verib.

Ölən 7 işçi arasında şirkətinin baş mühəndisi də olub. 

Bildirilib ki, iş zamanı yüksək qaz konsentrasiyası səbəbindən işçilərin hamısı huşunu itirib. Yerli sakinlər onları çıxarıb və təcili yardım çağırıblar. Lakin onlar xəstəxanaya aparılarkən yolda vəfat ediblər. 

Hadisə ilə bağlı araşdırma aparılır. /ASIA-Plus/