70 illik ağacdan yeni alma sortu tapıldı

70 illik ağacdan yeni alma sortu tapıldı Dünya

Böyük Britaniyanın Luton şəhərində yeni, daha əvvəl məlum olmayan alma sortu aşkarlanıb.

News24.az xəbər verir ki, təxminən 70-90 yaşında olduğu müəyyən edilən ağacdan əldə olunan alma ötən il Kembricdəki Milli Kənd Təsərrüfatı Botanika İnstitutunda araşdırılıb və Britaniya və Avropadan olan minlərlə sortla müqayisə edilib.

DNT analizinə əsasən, yeni sortun XIX əsrə aid "Newton Wonder" və "James Grieve" sortlarının mümkün çarpazlaşmasından yarandığı müəyyənləşib.

"Luton Orchards" təşkilatının təsisçisi Konni Deppin sözlərinə görə, alma püresi hazırlamaq üçün əlverişlidir. Meyvənin dadı yetişdikcə dəyişir: əvvəl turşməzə olan alma daha sonra xoş dada keçir, həddindən artıq yetişdikdə isə şərababənzər dad alır.

Hazırda yeni alma sortuna ad seçilməsi üçün ictimai səsvermə keçirilir. Variantlar arasında "Clarendon Blush" və "Luton Wonder" adları var.