7 yaşlı qız ağır xəsarət aldı

7 yaşlı qız ağır xəsarət aldı Dünya


İrandan gələn hücumun qarşısını almaq məqsədilə İsrailin atdığı raketin qəlpələri 7 yaşlı qıza ağır xəsarət yetirib.

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, bununla bağlı İsrailin fövqəladə xidməti məlumat verib.

Qeyd edilib ki, ağır kəllə-beyin travması alan azyaşlı xəstəxanaya yerləşdirilib.

Bundan əlavə bildirilib ki, dron və raket hücumları zamanı baş verən çaxnaşmada 31 nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.