79 günə 85 milyard dollar
Dünya
ABŞ İranda həyata keçirdiyi 79 günlük hərbi əməliyyatlara 85 milyard dollardan çox xərc çəkib.
News24.az xəbər verir ki, bu barədə “Iran War Cost Tracker” portalı məlumat yayıb.
Portalın real vaxt rejimində işləyən sayğacı Pentaqonunun martın 10-da Konqres üçün keçirdiyi brifinqə əsaslanır.
Həmin brifinqdə bildirilib ki, Yaxın Şərqdə döyüşlərin ilk altı günü ərzində Vaşinqton 11,3 milyard dollar xərcləyib və münaqişənin hər növbəti günü üçün əlavə 1 milyard dollar sərf etməyi planlaşdırır.
Portalın hesablamasına görə, bu məbləğ ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə səlahiyyətlərini icra edən Culs Herstin daha əvvəl açıqladığı rəqəmdən təxminən üç dəfə çoxdur.
O, Konqresin Nümayəndələr Palatasının vəsait bölgüsü komitəsində keçirilən dinləmələrdə Vaşinqtonun İrana qarşı hərbi əməliyyata təxminən 29 milyard dollar xərclədiyini bildirb.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. Aprelin 7-də Ağ Ev rəhbəri İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib.