81 gündür internetsiz yaşayırlar

81 gündür internetsiz yaşayırlar Dünya

İranda internetə çıxış 80 gündən artıqdır ki, məhdudlaşdırılıb.

News24.az xəbər verir ki, bu barədə beynəlxalq monitorinq xidməti “NetBlocks” məlumat yayıb.

“İranda internetin kəsilməsi artıq 81-ci gündür — 1 920 saatdır davam edir”, — deyə xidmətin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Qeyd edilib ki, bu bloklama müşahidələr tarixində ölkə miqyasında qeydə alınmış ən uzunmüddətli internet kəsintisi olub.