874 qadını tualetdə gizli kameraya çəkən həkim saxlanıldı - Məhkəmədə şok ifadə
Dünya
Melburndakı üç xəstəxananın tualetinə gizli kameralar yerləşdirərək qadın həmkarlarını lentə alan sinqapurlu həkimin məhkəməsi davam edir.
News24.az xəbər verir ki, bu barədə “Mothership” məlumat yayıb.
28 yaşlı Rayan Ço iyul ayında 13 maddə üzrə təqsirini etiraf edib. Həmin maddələr 900-dən çox voyeurizm faktını əhatə edir.
Müstəntiqlərin müəyyənləşdirdiyinə görə, həkim 2021–2025-ci illərdə çalışdığı xəstəxanaların tualetlərində qadın həmkarlarını gizli şəkildə lentə alıb. Prokurorların məlumatına əsasən, o, 874 qadını çəkib, cihazlarından isə 3 mindən çox video qeydi aşkarlanıb.
Son məhkəmə iclasında zərərçəkənlər ifadə veriblər. Qadınlar hadisənin onlara ciddi psixoloji təsir göstərdiyini, bəzilərinin isə hələ də iş yerindəki tualetlərdən istifadə etməkdən qorxduğunu bildiriblər.
Prokurorlar həkimin cinayətləri necə törətdiyini də açıqlayıblar. O, mobil telefonunu tualet kabinəsində gizlədir, daha sonra qurbanları həmin yerə yönəltmək üçün qonşu kabinələrin qıfıllarını sındırır və ya tualetləri tıxayırdı. Növbədən sonra qeydləri götürərək noutbukuna köçürür və qovluqlara ayırırdı.
Rayan Çoya 12 fevral 2027-ci ildə hökm oxunacaq. O, 10 ildən artıq həbs cəzası alacaq və Avstraliyadan deportasiya olunacaq.