Ukraynanı böyük fəlakət gözləyir – Kütləvi iflas təhlükəsi
Dünya
Ukrayna fermerləri 2027-ci ilin yaz və yay aylarında kütləvi iflas təhlükəsi ilə qarşılaşa bilərlər.
News24.az xəbər verir ki, bu barədə RİA Novosti ÜmumUkrayna Aqrar Şurasının sədr müavini Denis Marçukun UNIAN-a müsahibəsinə istinadən məlumat yayıb.
Marçuk bildirib ki, böhran xüsusilə kiçik fermer təsərrüfatlarına ciddi təsir göstərəcək. Onun sözlərinə görə, kiçik bizneslər kütləvi defolt riski ilə üz-üzə qala bilər.
O qeyd edib ki, bəzi fermerlər məhsullarını yenidən satmağa, digərləri isə kooperativlərə qoşulmağa çalışacaqlar. Lakin bunun üçün satış bazarlarının olması vacibdir. Hazırda belə bazarların demək olar ki, mövcud olmadığı bildirilir.
Marçuk proqnozunu fermerlərin anbarlarının məhsulla dolu olmasına baxmayaraq, qışlıq bitkilərin əkilməsini davam etdirmələri ilə əsaslandırıb.