9 gün sonra möcüzə yaşandı
Dünya
Nepalda avqustun 26-da baş verən və 1 200-dən çox insanın həyatını itirdiyi sel fəlakətindən 9 gün sonra möcüzə yaşanıb.
News24.az xəbər verir ki, hidroelektrik stansiyasının tunelində dağıntılar altında qalan iki işçi - Sanjay Sah və Kabir Maharjan xilas edilib.
Onların hər ikisi avqustun 26-da baş verən fəlakətdən sonra tuneldə köməksiz vəziyyətdə qalıb.
Məlumata görə, Sahın xəsarətləri ağır deyil. Amma Maharjanın isə əllərini və ayaqlarını hərəkət etdirə bilmir.
Hər iki şəxs müalicə üçün paytaxt Katmanduya aparılıb.
Xilasetmə işləri isə olduqca çətin şəraitdə davam edir. Bəzi tunellərin girişləri nəhəng qayalar və palçıqla tamamilə bağlanıb.
Xilasetmə qrupları ağır texnikadan, helikopterlərdən və oksigen borularından istifadə edərək tunellərin içərilərinə çatmağa çalışırlar.
Fəlakət Trisuli çayının yuxarı hissəsində buzlaqın çökməsindən sonra buz, qaya, palçıq və su kütləsinin vadiyə doğru hərəkət etməsi nəticəsində baş verib.