9 ölkənin səfirləri Türkiyə XİN-ə çağırıldı

9 ölkənin səfirləri Türkiyə XİN-ə çağırıldı Dünya
Türkiyədə akkreditə olunmuş 9 ölkənin səfiri təhlükəsizlik səbəbindən İstanbuldakı baş konsulluqlarının bağlanması səbəbindən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dəki mənbələr məlumat verib.

“Doqquz ölkənin səfiri baş konsulluqlarının fəaliyyətinin dayandırılması ilə əlaqədar XİN-ə çağırılıblar”, - nazirlikdən bildiriblər.