Tramp üç media orqanına Ağ Ev qadağası qoydu

Tramp üç media orqanına Ağ Ev qadağası qoydu Dünya

ABŞ Prezidenti Donald Tramp administrasiyası barədə yalan məlumatlar yaydıqlarını əsas gətirərək "CNN", "MS NOW" telekanallarının və "Politico" qəzetinin jurnalistlərini Ağ Evə girişdən məhrum etdiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" hesabında yazıb.

“Qürurla bildirirəm ki, davamlı olaraq ‘yalan xəbərlər’ yaydıqları üçün "CNN", "MS NOW" və "Politico"nu dərhal Ağ Evə girişdən məhrum edirəm. "Politico"ya vicdansız Co Bayden administrasiyası tərəfindən qanunsuz və absurd şəkildə 8 milyon dollar məbləğində abunə rəsmiləşdirilmişdi. Bu vəsait birbaşa ABŞ hökumətindən daxil olurdu ki, nəşr fəaliyyətini davam etdirə bilsin. Mənə görə, bu, korrupsiya təsiri bağışlayır”, - Tramp yazıb.

ABŞ Prezidenti əlavə edib ki, media orqanları ABŞ prezidentinin, Tramp administrasiyasının və ya ABŞ-nin fəaliyyətini işıqlandırarkən uydurma və yalan məlumatlar yaymağa imkan verilməməlidir.

“Digər media orqanları da onların ardınca gələcək”, - Tramp qeyd edib.