91 yaşlı qadının öldüyünü sandılar, sən demə...
Dünya
ABŞ-nin Vestleyk şəhərində polis 91 yaşlı qadının evinin qapısını sındıraraq içəri daxil olub.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun yaşlılara dəstək üçün yaradılan bələdiyyə proqramı çərçivəsində edilən zənglərə cavab verməməsi olub.
Bu proqram iştirakçıların hər gün yoxlanılmasını nəzərdə tutur. Zənglərə cavab verilmədikdə məlumat polisə ötürülür.
Hadisə yerinə gələn polis qadından cavab ala bilmədikdə evə daxil olub. Daha sonra 91 yaşlı qadın yataq otağında tam sağlam vəziyyətdə tapılıb. Bəlli olub ki, ahıl qadın qapı döyülən anda kompüterdə oyun oynayıb. Bu səbəbdən də polislərin gəlişindən xəbərsiz olub.
Polis hadisənin heç bir mənfi nəticə olmadan başa çatdığını və daha çox müsbət reaksiyaya səbəb olduğunu bildirib.