98-ci “Oskar” mükafatlarının qalibləri - Siyahı-Fotolar
Dünya
Ötən gecə ABŞ-nin Los-Anceles şəhərində, “Dolby” teatrının səhnəsində 98-ci “Oskar” mükafatlandırma mərasimi keçirilib.
News24.az xəbər verir ki, tədbirin aparıcılığını məşhur amerikalı komediyaçı Konan O'Brayen edib.
Mərasimdə 2025-ci ildə nümayiş olunan filmlər üzrə qaliblər müəyyənləşib.
“Oskar” mükafatlarının qaliblərini təqdim edirik:
Ən yaxşı film nominasiyası üzrə: “One Battle After Another”;
Ən yaxşı rejissor nominasiyası üzrə: “One Battle After Another” - Paul Tomas Anderson;
Ən yaxşı aktyor nominasiyası üzrə: Maykl B. Cordan – “Sinners”;
Ən yaxşı aktrisa nominasiyası üzrə: Cesi Bakli - “Hamnet”;
Ən yaxşı qısametrajlı animasiya filmi nominasiyası üzrə: “The Girl Who Cried Pearls”;
Ən yaxşı tammetrajlı animasiya filmi nominasiyası üzrə: “KPop Demon Hunters”;
Ən yaxşı kastinq nominasiyası üzrə: Kassandra Kulukundis - “One Battle After Another”;
Bədii qısametrajlı film nominasiyası üzrə: “The Singers” və “Two People Exchanging Saliva”;
Ən yaxşı orijinal ssenari nominasiyası üzrə: “Sinners” - Rayan Kuqler;
Ən yaxşı uyğunlaşdırılmış ssenari nominasiyası üzrə: “One Battle After Another” - Paul Tomas Anderson;
Ən yaxşı qısametrajlı sənədli film nominasiyası üzrə: “All the Empty Rooms”;
Ən yaxşı sənədli film: “Mr. Nobody Against Putin”;
Ən yaxşı orijinal musiqi nominasiyası üzrə: “Sinners” - Lüdviq Yoransson;
Ən yaxşı səs nominasiyası üzrə: “F1”;
Ən yaxşı montaj nominasiyası üzrə: “One Battle After Another”;
Ən yaxşı operator işi nominasiyası üzrə: “Sinners”;
Ən yaxşı xarici dildə film nominasiyası üzrə: Norveç - “Sentimental Value”;
Ən yaxşı mahnı nominasiyası: “KPop Demon Hunters”.
“One Battle After Another” ümumilikdə 6 “Oskar” qazanaraq gecənin ən çox mükafat alan filmi olub. “Sinners” filmi 16 nominasiya üzrə namizədliyi ilə rekord qırsa da, mərasimdə 4 mükafat əldə edib. Operator işi üzrə mükafatı qazanan Otom Durald Arkapou bu kateqoriyada qalib olan ilk qadın və ilk qaradərili operator kimi tarixə düşüb. “Qısametrajlı bədii film” kateqoriyasında nadir hadisə baş verib və iki film eyni sayda səs toplayaraq bərabər qalib elan olunub. // Qafqazinfo