Aİ “Avropada istehsal olunub” etiketini hazırlayır

Aİ “Avropada istehsal olunub” etiketini hazırlayır Dünya

Avropa İttifaqı dövlət satınalmalarında “Avropada istehsal olunub” etiketini tətbiq etməyə hazırlaşır.

News24.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının vitse-prezidenti Stefan Sejurn təşəbbüsün Avropa sənayesini qorumaq üçün zəruri olduğunu bildirib.

Gözlənilir ki, fevralın sonuna qədər təqdim ediləcək “Sənaye Sürətləndiricisi Qanunu”nda dövlət tenderlərində bu etiketin tələbi yer alacaq. Bəzi üzv ölkələr isə təşəbbüsün məhsul qiymətlərinin artmasına səbəb ola biləcəyindən narahatdır.