Aİ Rusiya qazına “yox” deyir: Bu tarixdən tam dayandırılacaq

Aİ Rusiya qazına “yox” deyir: Bu tarixdən tam dayandırılacaq Dünya

Avropa İttifaqı (Aİ) 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) idxalını mərhələli şəkildə dayandırmaq barədə razılığa gəlib.

News24.az xəbər verir ki, plan çərçivəsində 2026-cı ilin sonuna qədər Rusiyadan LNG idxalı, 2027-ci ilin payızına qədər isə boru kəməri ilə qaz idxalı mərhələli və qanuni olaraq qadağan ediləcək.

Təşəbbüs Aİ-nin enerji təhlükəsizliyini artırmaq və enerji bazarına töhfə vermək məqsədini daşıyır.