Aİ Çini tənqid etdi: - "Çətinlik yaradır"
Dünya
“Çinin sərt təhlükəsizlik qanunları və daha çox “siyasiləşmiş” mühit Avropa şirkətləri üçün çətinliklər yaradır və onları Çindəki gələcəklərinə şübhə ilə yanaşır”.
News24.az xəbər verir ki, bunu ticarət üzrə Avropa komissarı Valdis Dombrovskis bildirib.
Onun sözlərinə görə, “Çinin Ukraynadakı müharibədə Rusiyanı günahlandırmaqdan imtina etməsi” reputasiya baxımından da risklidir. O qeyd edib ki, Avropa bloku ilə Çin arasında ticarət gərginliyinin dərinləşdiyi bir vaxtda şəffaflıq və açıqlıq “uzunmüddətli perspektivdə sərfəli strategiyadır”. "Çin investisiyaya əsaslanan iqtisadiyyatdan geniş əsaslı iqtisadiyyata çətin keçid edir. O, buna açıq olmalıdır", - o deyib.
Çinin Ticarət Nazirliyi Aİ-nin “açıq himayədarlığını” pisləyib və bu tədbirlərin “Çin və Aİ arasında iqtisadi və ticarət əlaqələrinə mənfi təsir göstərəcəyini” bildirib.
Ayşən