Bezini dəyişərkən oğlunun qollarını və ayaqlarını sındırdı – Ana saxlanıldı

Bezini dəyişərkən oğlunun qollarını və ayaqlarını sındırdı – Ana saxlanıldı Dünya

Polşada 5 aylıq oğluna qarşı zorakılıq etməkdə şübhəli bilinən 31 yaşlı qadın saxlanılıb.

News24.az-ın məlumatına görə, hadisə avqustun 26-da baş verib.

Uşağın zorakılığa məruz qalması barədə polisə onun anasının internet vasitəsilə tanış olduğu qadın məlumat verib. Şikayətçi qadının yaşadığı ünvanı bilməsə də, polis əməkdaşları onun mənzilini müəyyənləşdirərək tapıblar. Mənzildə ana olmayıb.

Daha sonra 31 yaşlı qadın xəstəxanada aşkarlanaraq saxlanılıb.

İstintaq zamanı məlum olub ki, körpənin hər iki qolu və ayağı sınıb, bədənində isə çoxsaylı qançırlar var. Həkimlər uşağın xəsarətlərinin qəzanın yox, zorakılıq səbəbindən baş verdiyini bildiriblər.

Dindirmə zamanı qadın törətdiyi əməli etiraf edib. O, oğlunun bezini dəyişdirərkən onun əzalarını bükdüyünü deyib və etdiyinə görə peşman olduğunu bildirib.

Qadına qarşı uşağa qəddar və zorakı münasibət göstərmək, eləcə də bədən xəsarəti yetirmək ittihamı irəli sürülüb.

Polis həmçinin qadının 32 yaşlı partnyorunu saxlayıb. Yoxlama zamanı onun barəsində həbs cəzasını çəkməsi ilə bağlı axtarış elan edildiyi müəyyənləşib.