ABŞ 60 ölkə üçün yeni gömrük rüsumları tətbiq edəcək
Dünya
ABŞ Prezidenti Donald Trampın administrasiyası təxminən 60 ölkəyə qarşı yeni gömrük rüsumlarının tətbiqinə hazırlaşır.
News24.az xəbər verir ki, "Financial Times" nəşrinin məlumatına görə, hazırda qüvvədə olan 10 faizlik qlobal tariflərin əvəzinə 10–12,5 faiz arasında dəyişən yeni rüsumların tətbiqi nəzərdə tutulur.
Məlumata əsasən, Tramp administrasiyası daha əvvəl Kanada və Braziliyadan idxal olunan məhsullara da yüksək tariflər tətbiq edəcəyini açıqlayıb. Yeni tariflərin məcburi əmək təcrübələri ilə bağlı araşdırmaların nəticələrinə əsasən müəyyən ölkələrə şamil ediləcəyi bildirilir.
Analitiklər hesab edirlər ki, yeni tariflər ABŞ-də qiymətlərə və beynəlxalq ticarətə əlavə təzyiq yarada bilər.