ABŞ bu dəfə İranı yox, Roma Papasını hədələdi

ABŞ bu dəfə İranı yox, Roma Papasını hədələdi Dünya

Yanvardan etibarən ABŞ ilə Roma Katolik Kilsəsi arasındakı münasibətlər gərginləşib.

News24.az xəbər verir ki, buna səbəb Roma Papası XIV Leonun nitqi olub.

O, nitqində gücün tətbiqini diplomatiya yerinə istifadə etməyi tənqid edib.

Mənbələrin bildirdiyinə görə, nitqdən bir neçə gün sonra ABŞ Müdafiə Nazirliyinin nümayəndələri Pentaqonda keçirilən gizli görüşdə Vatikanı hədələyiblər.

Görüşdə siyasi məsələlər üzrə Pentaqonun müavini Kolbi və ABŞ-dəki Vatikan nümayəndəsi Pyer iştirak ediblər.

Görüş zamanı Kolbi ABŞ-nin dünya üzərində istədiyi hər şeyi etməyə imkan verən hərbi gücə sahib olduğunu deyib və Katolik kilsəsini onların tərəfində olmağa çağırıb. /The New Republic