ABŞ bu ölkədəki vətəndaşlarına çağırış etdi
Dünya
ABŞ Dövlət Departamenti təhlükəsizlik riskləri səbəbindən İsraildəki missiyasında çalışan vacib olmayan əməkdaşların və onların ailə üzvlərinin ölkəni tərk etməsinə icazə verib.
News24.az xəbər verir ki, qərar fevralın 27-dən qüvvəyə minib və regionda artan gərginlik fonunda qəbul edilib.
ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi əməkdaşlara göndərdiyi elektron məktubda diqqətçəkən çağırış edib. O bildirib ki, ölkəni tərk etmək istəyən şəxslər bunu gecikdirmədən həyata keçirməlidirlər:
“Əgər ölkəni tərk etmək istəyirsinizsə, bunu bu gün edin”.
Səfir qeyd edib ki, əməkdaşlar Ben-Qurion hava limanı vasitəsilə müxtəlif istiqamətlərə uçuş üçün bron edə bilərlər və əsas prioritetin təhlükəsiz şəkildə ölkədən çıxış olduğunu vurğulayıb. Bununla yanaşı, panikaya əsas olmadığını, lakin qabaqlayıcı planlaşdırmanın vacib olduğunu əlavə edib.