ABŞ bu ölkəyə də hücum edə bilər - Deputat səbəbi açıqladı

ABŞ bu ölkəyə də hücum edə bilər - Deputat səbəbi açıqladı Dünya

Braziliyalı deputat Qlauber Braqa ABŞ-nin Venesueladan sonra nadir torpaq metalları üçün onun ölkəsinə də hücum edə biləcəyi barədə xəbərdarlıq edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu sözləri Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsini şərh edərkən deyib.

“Əgər Braziliya öz nadir torpaq ehtiyatlarını itaətkarlıqla təhvil verməsə, onlar Braziliyaya da hücum edəcəklər”, – deyə siyasətçi “dövlət terrorçusu” adlandırdığı Donald Trampa qarşı dünya miqyasında etirazlara çağırıb.

Qeyd edək ki, Braziliya nadir torpaq elementlərinin dünya üzrə ən böyük ehtiyatlarından birinə malikdir, lakin onların işlənməsi dövlət tərəfindən yeni tənzimlənməyə başlayır.