ABŞ-də atışma: yaralılar var

ABŞ-də atışma: yaralılar var Dünya

ABŞ-nin Virciniya Dövlət Universitetində atışma baş verib.

News24.az xəbər verir ki, hadisə universitetin kampusunda qeydə alınıb.

Polisin məlumatına görə, silahlı atışma zamanı beş nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Universitetin açıqlamasında atışmada bir neçə şübhəlinin iştirak etdiyi bildirilib. (APA)