ABŞ-də güclü qar fırtınası: 9 mindən çox uçuş ləğv olundu

ABŞ-də güclü qar fırtınası: 9 mindən çox uçuş ləğv olundu Dünya

ABŞ-nin şimal-şərqində güclü qar və buz fırtınası nəqliyyatı iflic edib.

News24.az xəbər verir ki, Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət elan olunub.

"FlightAware"in məlumatına görə, 9 mindən çox uçuş ləğv edilib və ya gecikib. "JFK", "LaGuardia" və "Newark" hava limanlarında minlərlə sərnişin yolda qalıb.

Bəzi bölgələrdə qarın qalınlığı 25 santimetrə çatıb.

Nyu-York qubernatoru vətəndaşları zərurət olmadıqca yola çıxmamağa çağırıb.