ABŞ-də qızılcaya yoluxma 2 dəfə artdı

ABŞ-də qızılcaya yoluxma 2 dəfə artdı Dünya

ABŞ-də bu il qeydə alınan qızılcaya yoluxmaların sayı 4 mini ötərək 2025-ci ildə qeydə alınan göstəricinin təxminən iki qatına çatıb.

News24.az xəbər verir ki, Con Hopkins Universitetinin məlumatına görə, 2026-cı ilin əvvəlindən ölkə üzrə 4 020 qızılca hadisəsi qeydə alınıb.

Ötən il isə ümumilikdə 2 286 yoluxma halı aşkarlanıb.

Bu il qızılcaya ən çox yoluxma halları Pensilvaniya, Cənubi Karolina, Yuta, Viskonsin, Ohayo, Texas, Virciniya və Florida ştatlarında qeydə alınıb.