ABŞ-də təyyarə qəzaya uğradı, ölənlər var – Foto
Dünya
ABŞ-nin Steytsvill Regional Hava Limanında eniş zamanı “Cessna C550” tipli biznes jet qəzaya uğrayıb.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qəza zamanı ölənlərin olduğu bildirilir, lakin onların sayı və kimliyi barədə məlumat verilməyib.
Sosial şəbəkələrdə paylaşılan fotolarda uçuş-enmə zolağında təyyarə qalıqları arasında böyük yanğın görünüb.
Qəza ilə bağlı araşdırma aparılır.