ABŞ-də yanğın oldu, 8 nəfər öldü

ABŞ-də yanğın oldu, 8 nəfər öldü Dünya

ABŞ-nin Miçiqan ştatının Grand Haven Tovnşip qəsəbəsində yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, məlumata görə, yanğın baş verən evdə 8 nəfərin meyiti aşkarlanıb. Ölənlərdən altısı 5-15 yaşlı uşaqlardır.

Lakin ilkin araşdırma göstərir ki, bəzi qurbanların üzərində güllə yaraları da var.

Buna görə də polis hadisəyə təkcə yanğın kimi yox, şübhəli ölüm faktı kimi qiymətləndirir.

Əsas versiyalardan biri ailədaxili qətl və intihardır. Yanğının isə izləri gizlətmək məqsədilə qəsdən törədilmiş ola biləcəyi araşdırılır. (APA)