ABŞ-də zəlzələ oldu

ABŞ-də zəlzələ oldu Dünya

ABŞ-ın Kaliforniya ştatının cənubunda 5 maqnitudalı zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Los-Anceles dairəsinin Manhetten-Biç şəhərindən təxminən 6 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 12,2 kilometr dərinlikdə olub.

Zəlzələdən sonra bir neçə afterşok qeydə alınıb.

Ölənlər və dağıntılar barədə məlumat daxil olmayıb.