ABŞ Ədliyyə Nazirliyi Epşteyn sənədlərində yeni iddiaları açıqlayıb

ABŞ Ədliyyə Nazirliyi Epşteyn sənədlərində yeni iddiaları açıqlayıb Dünya

ABŞ Ədliyyə Nazirliyi Jeffrey Epsteynlə bağlı aparılan istintaq çərçivəsində əvvəl ictimaiyyətə təqdim edilməyən FBI 302 müsahibə sənədlərini açıqlayıb.

News24.az xəbər verir ki, sənədlərdə bir qadın 13–15 yaşında olarkən Epşteyn tərəfindən zorakılığa məruz qaldığını iddia edilib. Qadın bildirib ki, həmin dövrdə Epşteyn onu Nyu-York və ya Nyu-Cersiyə aparıb və burada Donald Trampla tanış edib. O, Trampın həmin görüş zamanı ona qarşı zorakılıq etdiyini iddia edib.

Nazirlik məlumat verib ki, bu sənədlər 2019-cu ildə hazırlanıb və əvvəl açıqlanan milyonlarla səhifəlik Epşteyn sənədləri paketinə daxil edilməyib. FBI və Ədliyyə Nazirliyi sənədlərin yalnız iddiaları əks etdirdiyini və müstəqil şəkildə sübut edilmiş faktlar olmadığını vurğulayıb.

Donald Tramp və Ağ Ev həmin iddiaları təsdiqlənməmiş və əsassız hesab etdiklərini açıqlayıb. (ntv.com)