ABŞ-dən açıqlama: İrana qarşı hərbi əməliyyatlar başa çatıb
Dünya
ABŞ administrasiyası fevralın 28-də başlayan İrana qarşı aktiv hərbi əməliyyatların artıq başa çatdığını açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksək vəzifəli amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Rəsmi nümayəndənin sözlərinə görə, əməliyyatların dayandırılması 1973-cü il Hərbi Səlahiyyətlər Qanununun tələblərinə uyğun şəkildə həyata keçirilib.
Bildirilib ki, aprelin 7-də əldə olunan və Pakistanın xahişi ilə qeyri-müəyyən müddətə uzadılan iki həftəlik atəşkəsdən sonra tərəflər arasında hər hansı döyüş qeydə alınmayıb.