ABŞ-dən İrana qısa və güclü zərbələr planı: Detallar MƏLUM OLDU
Dünya
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranla danışıqlar prosesindəki çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün bu ölkəyə, o cümlədən mülki infrastruktur obyektlərinə qısa və güclü zərbələr endirilməsi planını hazırlayıb.
News24.az xəbər verir ki, bu barədə “Axios” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Planda nəzərdə tutulur ki, hərbi zərbələrdən sonra İran rəhbərliyinə təzyiq artırılsın, onların danışıqlar masasına qayıtması və daha çox çeviklik nümayiş etdirməsi təmin olunsun.
Donald Tramp isə hazırkı mərhələdə Tehrana təzyiq üçün dəniz blokadasını əsas vasitə hesab etsə də, hərbi əməliyyatlar ehtimalını da istisna etmir.