ABŞ-dən təxliyə əmri: Bu ölkələri tərk edin
Dünya
ABŞ ilə İran arasında gərginlik davam edərkən bölgədə vəziyyət daha da kəskinləşib.
News24.az xəbər verir ki, İsrailin İrana hücumları və Tehranın cavab addımları fonunda qarşıdurma genişlənir.
Son hadisələrdə Qətərin İran döyüş təyyarələrini vurduğu və bununla da münaqişəyə qoşulduğu bildirilir. İran isə Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarını hədəfə alır. Artan təhlükəsizlik riskləri səbəbilə ABŞ hökuməti İordaniya, Bəhreyn və İraqda çalışan bəzi dövlət işçiləri və onların ailə üzvləri üçün təxliyə əmri verib.
Rəsmi Vaşinqton bölgədəki vəziyyəti yaxından izlədiyini və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.