ABŞ-dən xəbərdarlıq: "İranı təcili tərk edin"

ABŞ-dən xəbərdarlıq: "İranı təcili tərk edin" Dünya

ABŞ Dövlət Departamenti İranda olan vətəndaşları üçün təcili xəbərdarlıq yayıb və onları dərhal ölkəni tərk etməyə çağırıb.

News24.az xəbər verir ki, departament bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

“21 aprel tarixindən etibarən İranın hava məkanı qismən açıqdır. ABŞ vətəndaşlarına İranı tərk etmələri, yerli KİV-lərdə xəbərləri izləmələri və İrandan uçuşlar barədə əlavə məlumat üçün kommersiya daşıyıcıları ilə əlaqə saxlamaları tövsiyə olunur. İranı tərk etmək istəyən amerikalılar quru yolu ilə də Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistan istiqamətində çıxa bilərlər. ABŞ vətəndaşlarına Əfqanıstan, İraq və Pakistan ilə İranın sərhəd bölgələrinə səfər etməmək tövsiyə olunur. Nəzərə alın ki, İran hakimiyyəti ABŞ vətəndaşlarının ölkədən çıxışına mane ola və ya çıxış rüsumu tələb edə bilər. ABŞ və İranın ikili vətəndaşlığına malik şəxslər İranı İran pasportu ilə tərk etməlidirlər,” – məlumatda qeyd olunub.