ABŞ Dövlət Departamentindən Yaxın Şərqlə bağlı xəbərdarlıq

ABŞ Dövlət Departamentindən Yaxın Şərqlə bağlı xəbərdarlıq Dünya

ABŞ Dövlət Departamentinin Konsulluq Məsələləri üzrə İdarəsi (“TravelGov”) Yaxın Şərqdəki vəziyyətlə əlaqədar ABŞ vətəndaşlarına müraciət edib.

News24.az xəbər verir ki, qurum bununla bağlı “X” hesabında paylaşım edib.

Bildirilib ki, regionda davam edən gərginlik fonunda təhlükəsizlik vəziyyəti mürəkkəb olaraq qalır və hadisələrin gözlənilmədən daha da kəskinləşməsi ehtimalı yüksəkdir.

ABŞ vətəndaşlarına Yaxın Şərqdə olduqları müddətdə xüsusilə diqqətli davranmaları tövsiyə olunub. Həmçinin mümkün uçuş ləğvləri, hava məkanlarının bağlanması və digər nəqliyyat məhdudiyyətləri səbəbindən səyahətlərdə gecikmələrin yaşana biləcəyi qeyd edilib.

Diplomatik qurum regiona səfər edən və ya Yaxın Şərqdən çıxan amerikalılara hava limanlarının və aviaşirkətlərin fəaliyyəti ilə bağlı son məlumatları mütəmadi izləməyi tövsiyə edib.

Eyni zamanda xəbərdarlıqda İran və onun dəstəklədiyi qrupların dünyanın müxtəlif ölkələrində ABŞ-a məxsus obyektləri, biznesləri və amerikalılarla əlaqəli məkanları hədəfə ala biləcəyi bildirilib.