ABŞ kəşfiyyat təyyarələri İran sərhədində göründü
Dünya
“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Boeing P-8A Poseidon” sualtı qayıqlara qarşı kəşfiyyat təyyarəsi və “Northrop Grumman” istehsalı “MQ-4C Triton” kəşfiyyat pilotsuz uçuş aparatı çərşənbə günü İran sərhədi yaxınlığında müşahidə olunub.
News24.az xəbər verir ki, təyyarə Bəhreyndən havaya qalxaraq Hörmüz boğazı üzərində dövrə vurub.
"Pilotsuz aparat isə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərindən qalxaraq Oman körfəzi üzərində uçuş həyata keçirib", - deyə məlumatda qeyd olunub. (RIA Novosti)