ABŞ Latın Amerikasını tam nəzarət altına almaq istəyir – Senatordan şok açıqlama
Dünya
ABŞ Latın Amerikasını tam nəzarət altına almağı planlaşdırır.
News24.az xəbər verir ki, bu sözləri Respublikaçı senator Rik Skott deyib.
Onun sözlərinə görə, ABŞ Kuba və Nikaraquada nizam-intizam yaratmaq, Kolumbiyada isə yeni prezident təyin etmək niyyətindədir.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp da regionda kokain istehsalı ilə əlaqədar Venesuelada olduğu kimi Kolumbiyada da hərbi əməliyyatın mümkünlüyünü istisna etmədiyini bildirib.