ABŞ-nin keçmiş prezidentlərinin imtina etdiyi plana Tramp "hə" dedi
Dünya
ABŞ-ın keçmiş dövlət katibi Con Kerri Benyamin Netanyahunun İrana hücum planı ilə bağlı sensasiyalı açıqlama verib.
News24.az xəbər verir ki keçmiş diplomatın sözlərinə görə, Donald Trampdan başqa heç bir ABŞ prezidenti İsrailin İrana zərbə endirmək təklifini qəbul etməyib.
“Netanyahu istəyirdi ki, biz İrana zərbə endirək. O hələ Barak Obamanın dövründə görüşə gələrək müvafiq hücum planını təqdim etmişdi. Lakin prezident Obama bundan imtina etdi. Eyni şəkildə prezident Co Bayden və prezident Corc Buş da bu təklifi geri çevirmişdilər”, - deyə Kerri vurğulayıb.
Kerrinin sözlərinə görə, Donald Tramp ABŞ tarixində İrana qarşı bu cür kəskin hərbi müdaxilə planını qəbul edən yeganə dövlət başçısı olub.