ABŞ-nin ən böyük təyyarədaşıyan gəmisi Qırmızı dənizə çatdı
Dünya
ABŞ-nin ən böyük təyyarədaşıyan gəmisi "USS Gerald R. Ford" Süveyş kanalından keçərək Qırmızı dənizə daxil olub.
News24.az xəbər verir ki, məlumata görə, gəmi Yaxın Şərqdə gərginliyin artması səbəbindən bölgəyə göndərilib. ABŞ Müdafiə Nazirliyi gəminin və "USS Bainbridge" esminesinin Süveyş kanalından keçdiyini göstərən fotolar da paylaşıb.
Pentaqon daha əvvəl bildirmişdi ki, "USS Gerald R. Ford" fevralın ortalarında Yaxın Şərqə göndəriləcək və missiyası gələn ilin may ayına qədər davam edəcək.
Hazırda ABŞ-nin iki təyyarədaşıyan gəmisi bölgədə fəaliyyət göstərir. "USS Gerald R. Ford" Qırmızı dənizdə, "USS Abraham Lincoln" isə Ərəb dənizində yerləşir.//HaberGlobal