ABŞ nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Berlinə gəldi
Dünya
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və onun kürəkəni, sahibkar Cared Kuşnerin də daxil olduğu Amerika nümayəndə heyəti Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün Berlindədir.
News24.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, nümayəndə heyəti dekabrın 14-ü səhər saatlarında Berlinin mərkəzində yerləşən otelə gəlib. ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar Avropa ölkələrinin iştirakı ilə Berlində davam etdiriləcək. İlk mərhələdə danışıqlar siyasi müşavirlər səviyyəsində qapalı formatda keçiriləcək. Almaniya Federativ Respublikasının nümayəndələri də danışıqlarda iştirak edəcək.