ABŞ növbəti dəfə İranın təklifinə rədd cavabı verdi
Dünya
ABŞ hakimiyyəti İranın münaqişənin tənzimlənməsi ilə bağlı 14 bəndlik planını tamamilə rədd edib.
News24.az xəbər verir ki, Tehran münaqişənin həlli ilə bağlı yazılı təklifinə Vaşinqtondan cavab alıb.
Bildirilib ki, ABŞ İranın bütün təkliflərini rədd edib və xüsusilə nüvə proqramı məsələsində öz təzyiq siyasətini davam etdirir.
Qeyd olunub ki, Vaşinqton İranın təkliflərini qəbul etsəydi, Tehran nüvə dosyesi də daxil olmaqla bir sıra məsələlər üzrə danışıqların ikinci mərhələsinə başlamağa hazır idi.
Xatırladaq ki, mayın 10-da İran ABŞ-nin Fars körfəzi regionunda münaqişənin tənzimlənməsi ilə bağlı təkliflərinə cavabını Pakistan vasitəsilə çatdırıb.
“The Wall Street Journal”ın mənbələrinə görə, Tehran Vaşinqtonun təkid etdiyi nüvə obyektlərinin sökülməsi tələbini qəbul etməyib.
Nəşr bildirir ki, İran uranın zənginləşdirilməsinin dayandırılmasına hazır olduğunu desə də, ABŞ-nin tələb etdiyi 20 illik müddətlə razılaşmayıb.
Daha sonra ABŞ Prezidenti Donald Tramp Tehranın cavabını qəbuledilməz adlandırıb. /Tehran Times/