ABŞ ordusu "Hörmüz" də müharibəyə hazırlaşır
Dünya
ABŞ ordusunun Hörmüz boğazını güc yolu ilə açmaq üçün yeni planlar hazırladığı bildirilir.
News24.az xəbər verir ki, hərbçilər həmçinin Hind okeanına üçüncü təyyarədaşıyan gəminin gəldiyini də açıqlayıblar. İsrailin müdafiə naziri Katz həmçinin Vaşinqtondan "İranı daş dövrünə qaytarmaq" üçün "yaşıl işıq" gözlədiklərini bildirib.
İddia olunur ki, Amerika ordusu İranla atəşkəsin pozulması halında Hörmüz boğazında gücləndiriləcək yeni hücum planları hazırlayıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) həmçinin "USS George HW Bush" təyyarədaşıyan gəmisinin komandanlığın əməliyyat zonasına gəldiyini açıqlayıb.
Amerikanın CNN kanalının məlumatına görə, ordu Hörmüz boğazını zorla açmaq üçün "dinamik hədəfləmə" planlarını yeniləyib.