ABŞ-nin planına İranın REAKSİYASI
Dünya
İran ABŞ-nin münaqişənin tənzimlənməsi planına etdiyi düzəlişlərə cavab olaraq öz irad və qeydlərini Vaşinqtona təqdim edib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinqdə bildirib.
O qeyd edib ki, ABŞ İranın təqdim etdiyi planı rədd etsə də, Tehran Pakistan vasitəsilə bir sıra irad və düzəlişlər alıb:
“Bu təklifləri nəzərdən keçirdik və dünən elan olunduğu kimi, mövqeyimizi Amerika tərəfinə çatdırdıq”, – deyə Bəqai bildirib.
Onun sözlərinə görə, Tehran və Vaşinqton arasında aparılan dialoqda Pakistan vasitəçi rolunu oynayır.