ABŞ Qətərdəki hərbi bazanı boşaldır – İrana zərbə siqnalı verilir?
Dünya
ABŞ Qətərdə yerləşən “Əl-Udeyd” aviabazasından hərbi personalın bir hissəsinin təxliyəsinə başlayıb.
News24.az xəbər verir ki, Pentaqon bəzi amerikalı hərbçilərə bazanı tərk etmək əmri verib.
Qeyd edək ki, sözügedən obyekt iyun ayında ABŞ-nin İranın nüvə infrastrukturuna zərbələr endirməsindən sonra potensial hədəflərdən biri kimi gündəmə gəlib.
Son günlər ABŞ Prezidenti Donald Tramp da İranda baş verən etirazlara münasibət bildirərək iranlı xalqı açıq şəkildə dəstəklədiyini açıqlayıb və “yardım artıq yoldadır” ifadəsini işlədib. Bu açıqlama Vaşinqtonun bölgədə yeni addımlara hazırlaşdığı ilə bağlı ehtimalları gücləndirib.