ABŞ-İran atəşkəsinə Netanyahudan rekasiya
Dünya
ABŞ ilə İran arasında əldə olunan müvəqqəti atəşkəs razılaşması Livan ərazisinə şamil edilmir.
News24.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin yaydığı bəyanatda qeyd edilib.
Sənəd Donald Tramp tərəfindən İrana zərbələrin dayandırılması elan edildikdən bir neçə saat sonra yayımlanıb.
Bəyanata əsasən, İsrail Vaşinqtonun İrana qarşı zərbələri iki həftəlik dayandırmaq qərarını alqışlayır. Şərt isə İran tərəfindən boğazların dərhal açılması, ABŞ, İsrail və region ölkələrinə qarşı hücumların dayandırılmasıdır.
Bəyanatda həmçinin qeyd olunub ki, İsrail ABŞ-nin İranın nüvə, raket və terror təhdidi yaratmaması istiqamətində səylərini dəstəkləyir.
Eyni zamanda vurğulanıb ki, Amerika tərəfi bu məqsədlərə qarşıdakı danışıqlar zamanı nail olmağı planlaşdırdığı barədə İsraili məlumatlandırıb.
Bundan əlavə, xüsusi olaraq qeyd edilib ki, iki həftəlik atəşkəs rejimi Livan ərazisini əhatə etmir.