ABŞ İranı bombaladı: Toy yasa çevrildi - VİDEO

ABŞ İranı bombaladı: Toy yasa çevrildi - VİDEO Dünya

ABŞ İrana bomba zərbələri endirib.

News24.az xəbər verir ki, Sirik şəhərinə edilən hücum nəticəsində iki nəfər ölüb, 68 nəfər isə yaralanıb.

Məlumata görə, ölənlər şəhərdə keçirilən toy məclisinin qonaqları olub.

İran isə ABŞ-nin təxribatına cavab olaraq Bəhreyndəki Şeyx İsa ABŞ hərbi bazasına zərbələr endirib.

Hücum nəticəsində radar sistemlərinin və kazarmaların vurulduğu bildirilib.

Bundan əlavə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ dəniz piyadaları bazasına da hücum edildiyini açıqlayıb.

Tehran bildirib ki, ABŞ-nin istənilən zərbəsinə cavab verməkdə davam edəcək.