ABŞ-İran danışıqları: İlk razılaşma planı ortaya çıxdı
Dünya
İran və ABŞ arasında mümkün sülh razılaşmasının ilk mərhələsi tərəflərin münaqişə başlamazdan əvvəlki vəziyyətə qayıtması ola bilər.
News24.az xəbər verir ki, bu barədə CNN xəbər yayıb.
Məlumata görə, tərəflər arasında danışıqların ikinci raundu hələ baş tutmasa da, onların mövqeləri göründüyü qədər uzaq deyil.
Mənbələrin bildirdiyinə əsasən, hazırda intensiv gizli diplomatik fəaliyyət aparılır və bu proses münaqişənin mərhələli şəkildə tənzimlənməsinə yönəlib.
Bu planın ilk hissəsi kimi Hörmüz boğazı vasitəsilə sərbəst keçidin bərpası və tərəflərin münaqişədən əvvəlki mövqelərə qayıtması nəzərdə tutulur.
İranın nüvə proqramı məsələsi isə daha sonra müzakirə ediləcək.
Telekanalın məlumatına görə, vasitəçilər razılaşmanın əldə olunması üçün hər iki tərəfə təzyiq göstərir və qarşıdakı bir neçə gün danışıqlar prosesi üçün həlledici ola bilər.