ABŞ İrana danışıqlar üçün bir neçə gün vaxt verdi
Dünya
ABŞ administrasiyası İrana yenidən danışıqlar masasına qayıtması üçün bir neçə gün vaxt verməyi planlaşdırır, əks halda hərbi əməliyyatların bərpa olunması istisna edilmir.
News24.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
“Donald Tramp iranlıların işlərini qaydasına qoya bilməsi üçün atəşkəsi daha 3–5 gün uzatmağa hazırdır”, - deyə mənbələr bildirib.
Qeyd edilib ki, atəşkəs rejiminin uzadılması müddətsiz olmayacaq.