ABŞ İrana məxsus 41 tankeri ələ keçirdi
Dünya
ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 41 tankeri ələ keçirib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper məlumat verib.
Onun sözlərinə görə, bu tankerlərdə ümumilikdə 69 milyon barel neft olub.
“Hazırda İran rejimi 41 tanker vasitəsilə daşınan 69 milyon barel nefti sata bilmir. Bu, 6 milyard dollardan çox vəsait deməkdir və İran rəhbərliyi bu vəsaitdən maliyyə baxımından istifadə edə bilməyəcək”, – deyə admiral qeyd edib.
O əlavə edib ki, blokada olduqca effektivdir və ABŞ qüvvələri onun tam şəkildə icra olunmasını təmin etməkdə qərarlıdır.