ABŞ İrana məxsus PUA-nı vurdu

ABŞ İrana məxsus PUA-nı vurdu Dünya

ABŞ hərbçiləri Ərəb dənizində “Abraham Lincoln” aviadaşıyıcısına yaxınlaşan İrana məxsus pilotsuz uçuş aparatını vurublar.

News24.az xəbər verir ki, hadisə barədə ilk məlumatı "Reuters" yayıb. ABŞ Hərbi Komandanlığı məlumatı təsdiqləyib.

Söhbət İranın “Shahed-139” tipli dronundan gedir. Bildirilib ki, dron ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı tərəfindən məhv edilib.

Məlumata görə, insident zamanı heç bir ABŞ hərbçisi xəsarət almayıb, hərbi texnikaya da ziyan dəyməyib.

Ağ Evin sözçüsü Karolin Livitt bildirib ki, “USS Abraham Linkoln” aviadaşıyıcı gəmisi ABŞ Prezidentinin göstərişi ilə bölgəyə göndərilib.