ABŞ İrana qarşı ilk 2 gündə milyardlar xərclədi

ABŞ İrana qarşı ilk 2 gündə milyardlar xərclədi Dünya

ABŞ Silahlı Qüvvələri İrana qarşı əməliyyatın ilk iki günü ərzində 5,6 milyard dollar dəyərində döyüş sursatı istifadə edib.

News24.az xəbər verir ki, iddialara görə, bu rəqəm ABŞ Konqresində ordunun müasir silah ehtiyatlarının kifayət etməməsi ilə bağlı narahatlıqları daha da gücləndirə bilər.

Qeyd edək ki, bundan əvvəl ABŞ administrasiyasının rəhbəri Donald Tramp İrana qarşı hərbi əməliyyatın bir neçə həftədən daha uzun davam edə biləcəyini istisna etmədiyini bildirib.

O həmçinin amerikalıların əbədi müharibələr aparmağa hazır olduğunu, çünki Vaşinqtonun demək olar ki, məhdudiyyətsiz sursat ehtiyatına malik olduğunu deyib. / The Washington Post