ABŞ İrana zərbə endirəcək? - SENSASİON İDDİA

ABŞ İrana zərbə endirəcək? - SENSASİON İDDİA Dünya

ABŞ Prezidenti Donald Tramp İrana mümkün zərbə endirilməsi ilə bağlı hələ yekun qərar verməyib.

News24.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ hərbçiləri texniki baxımdan artıq yaxın həftəsonu əməliyyata başlamağa hazırdırlar.

Mənbələrin iddiasına görə, Ağ Evin rəhbəri qapalı söhbətlərdə həm güc ssenarisinin lehinə, həm də əleyhinə fikirlər səsləndirib. O həmçinin ABŞ-nin müşavirləri və müttəfiqləri ilə məsləhətləşmələr aparıb.

Bildirilib ki, fevralın 18-də Ağ Evdə yüksək vəzifəli şəxslərin iştirakı ilə bu mövzuya həsr olunmuş iclas keçirilib. Həmin gün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşner fevralın 17-də İranla baş tutmuş dolayı təmaslar barədə Trampa məlumat veriblər.

Bundan bir qədər əvvəl isə “New York Times” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən danışıqların uğursuz olacağı təqdirdə Trampın İrana zərbələr endirilməsi ehtimalını istisna etməməsi barədə yazı dərc edib.

Qəzetin məlumatına görə, Vaşinqtonda müxtəlif variantlar, o cümlədən nüvə proqramı ilə əlaqəli infrastruktura qarşı hərbi əməliyyatlar da nəzərdən keçirilib.